...

Cənubi Koreya və ABŞ martın 13-dən 23-dək birgə təlimlər keçirəcəklər

Dünya xəbərləri Materials 3 Mart 2023 07:35 (UTC +04:00)
Cənubi Koreya və ABŞ martın 13-dən 23-dək birgə təlimlər keçirəcəklər

Bakı. Trend:

Koreya Respublikası və ABŞ hərbçiləri martın 13-dən 23-dək kompüter simulyasiyasına əsaslanan “Freedom Shield” adlı birgə komanda-qərargah təlimi keçirəcək.

Trend xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bu il təlimlər fasiləsiz davam edəcək və bu, kompüter simulyasiyasına əsaslanan ən uzunmüddətli təlim olacaq. Bununla birlikdə "Warrior Shield" səhra manevrləri baş tutacaq ki, bu da birgə fəaliyyətlərin “realizmini” artırmaq üçün nəzərdə tutulub.

Bundan əlavə, böhran vəziyyətlərinin idarə edilməsi üzrə dətəlim nəzərdə tutulub. Bu təlimlərə dörd gün vaxt ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti