...

Şimali Koreya peykləri buraxmaq qabiliyyətinə malik raket mühərriki yaradıb

Dünya xəbərləri Materials 6 Mart 2023 07:29 (UTC +04:00)
Şimali Koreya peykləri buraxmaq qabiliyyətinə malik raket mühərriki yaradıb

Bakı. Trend:

Şimali Koreya mühəndisləri ölkəyə müxtəlif peyklər buraxmağa imkan verəcək daşıyıcı aparat üçün güclü mühərrik hazırlamağa nail olublar.

Trend xəbər verir ki, bu barədə Şimali Koreyanın Dövlət Kosmik Administrasiyasının direktor müavini Park Kyunq-su bildirib.

“Ölkə kosmosa buraxılış aparatının göndərilməsi üçün nəzərdə tutulmuş güclü raket mühərrikin yaradılmasında tam uğur əldə edib. Bunun nəticəsində müxtəlif peyklərin müvafiq orbitlərə buraxılmasına təminat vermək olar”, - deyə direktor müavini söyləyib.

Onun sözlərinə görə, ölkəsi öz peyklərinin çoxfunksiyalılığına və yüksək səmərəliliyinə nail olub. "Kosmik elm və texnologiyanı kənd təsərrüfatı, balıqçılıq, meteorologiya, rabitə, təbii ehtiyatların kəşfiyyatı, torpaqdan istifadə və fəlakətlərin qarşısının alınması da daxil olmaqla müxtəlif sahələrə gətirmək üçün çoxlu iş gedir", - deyə Park Kyunq-su qeyd edib.

“Bütün bu uğurlar Şimali Koreyanın kosmik proqramının parlaq gələcəyindən xəbər verir”, - deyə o, sözlərini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti