...

Misirin şimalında qatar relsdən çıxıb

Dünya xəbərləri Materials 8 Mart 2023 01:39 (UTC +04:00)
Misirin şimalında qatar relsdən çıxıb

Bakı. Trend:

Misirin şimalındakı Qalub şəhərində dəmir yolu stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, 1 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

"İlkin məlumata görə, 1 nəfər ölüb, 16 vətəndaş yaralanıb, onlardan 3-nə hadisə yerində yardım göstərilib", - nazirliyin mətbuat katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti