...

Hakimiyyət dərk etməlidir ki, bu, cəmiyyətlə aralarındakı uçurumu azaltmaq üçün son şanslarıdır - Zurabişvili

Dünya xəbərləri Materials 9 Mart 2023 02:45 (UTC +04:00)
Hakimiyyət dərk etməlidir ki, bu, cəmiyyətlə aralarındakı uçurumu azaltmaq üçün son şanslarıdır - Zurabişvili

Bakı. Trend:

Bizim cəmiyyət təəssüf ki, hakimiyyətdən daha demokratikdir. Bu cəmiyyətin öz iradəsini bildirməyə haqqı var, Avropanı istədiklərini deməyə haqqları var və mən də bacardığım qədər onlara dəstək olmaq fikrindəyəm.

Trend xəbər verir ki, bunu "CNN" telekanalına müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, “xarici agentlər” barədə qanun layihəsinin heç kimə faydası yoxdur və Rusiya siyasətinə çox bənzəyir. S.Zurabişvilinin sözlərinə görə, “azad iradələrini ifadə etmək üçün parlamentə gələn insanların etirazının qarşısının alınması da Rusiya siyasətinə bənzəyir”.

"Hakimiyyət dərk etməlidir ki, cəmiyyətlə aralarında getdikcə artan uçurumu azaltmaq üçün onların son şansı var. Onların rusiyayönlü qüvvə olmadıqlarını göstərmək üçün son şansları var. Onların Avropayönlü mövqeləri haqqında dediklərinin sadəcə söz deyil, əslində məqsəd olduğunu göstərmək üçün son şansları var. Mən onları güc tətbiq etməkdən çəkinməyə çağırıram. Mən dünən əhaliyə dedim ki, baş verənləri dəstəkləyirəm, çünki Gürcüstanı demokratik ölkə hesab edirəm", - deyə S.Zurabişvili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti