...

Səudiyyə Ərəbistanı təyyarələrin istehsalı üçün "Boeing" ilə müqavilə bağlamağa hazırlaşır

Dünya xəbərləri Materials 12 Mart 2023 05:57 (UTC +04:00)
Səudiyyə Ərəbistanı təyyarələrin istehsalı üçün "Boeing" ilə müqavilə bağlamağa hazırlaşır

Bakı. Trend:

Ər-Riyad ABŞ-ın “Boeing” korporasiyası ilə yeni kommersiya aviaşirkəti üçün təyyarə istehsalı ilə bağlı müqavilə bağlamağa hazırlaşır.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Səudiyyə Ərəbistanının Suveren Fondu "Boeing" ilə martın 12-də yeni aviaşirkətin təqdim edilməsi planlaşdırıldığı zaman müqaviləni elan edə bilər. Dəyəri 35 milyard dollar olan müqavilənin geniş gövdəli təyyarələr də daxil olmaqla, “çox sayda” təyyarənin istehsalını əhatə edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti