...

Liviya sahillərində miqrantların olduğu qayıq batıb

Dünya xəbərləri Materials 12 Mart 2023 23:56 (UTC +04:00)
Liviya sahillərində miqrantların olduğu qayıq batıb

Bakı. Trend:

Liviya sahillərində miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 30-a yaxın adam itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə İtaliya Sahil Mühafizəsi Xidməti bildirib.

"Xilasetmə əməliyyatı zamanı qayıq batıb, 17 nəfər xilas edilib, lakin daha 30 nəfər itkin düşüb", - deyə qeyd olunub. Bildirilb ki, insanların axtarışı “ərazidə yerləşən ticarət gəmilərinin köməyi ilə” aparılır.

İtaliya Sahil Mühafizəsinin məlumatına əsasən, martın 11-nə keçən gecə 47 miqrantın olduğu gəmi barədə qeyri-hökumət təşkilatı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti