Bakı. Trend:
Avstraliya ABŞ-dan 60 milyon dollar dəyərində daşına bilən “Javelin” tank əleyhinə raketlər alacaq.
Trend-in məlumatına görə, bu barədə "Israel Defence" nəşri xəbər verib.
Qeyd olunub ki, ABŞ Dövlət Departamenti tərəfindən təsdiq edilən müqavilə Avstraliyaya 255 ədəd "FGM-148F Javelin" sisteminin tədarükünü nəzərdə tutur.
Təchizatçı "Raytheon Lockheed-Martin Joint Venture Company" müdafiə konserni olacaq.