...

Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Dünya xəbərləri Materials 17 Mart 2023 08:04 (UTC +04:00)
Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Bakı. Trend:

Yaponiya Koreya Xalq Demokratik Respuvlikasına qarşı raket buraxılışlarının artırıldığna görə əlavə sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu barədə mətbuta konfransı zamanı Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno deyib.

"Ölkəmiz tərəfindən Şimali Koreyaya qarşı əlavə tədbirlər kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə inkişafı qadağan edilən KXDR-in nüvə raket proqramı ilə əlaqəli daha 3 şəxsin sanksiyalar siyahısına əlavə edilməsi qərara alınıb", - deyə H.Matsuno bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın raket fəaliyyəti regionda sabitlik və təhlükəsizliyə təhdid yaradır və tamamilə qəbuledilməzdir.

Nazirlər Kabinetinin baş katibi Yaponiyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün Cənubi Koreya və ABŞ ilə sıx əməkdaşlığı davam etdirəcəyinə söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti