...

İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 17 Mart 2023 19:00 (UTC +04:00)
İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərin yaşadığı Cokyakarta şəhərindən 140 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 58 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti