...

İsraildə yüz minlərlə insan məhkəmə islahatlarına qarşı mitinq keçirib

Dünya xəbərləri Materials 21 İyul 2023 01:57 (UTC +04:00)
İsraildə yüz minlərlə insan məhkəmə islahatlarına qarşı mitinq keçirib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Ölkənin bir çox şəhərində yüz minlərlə İsrail sakini Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz etmək üçün keçirilən ümummilli nümayişdə iştirak edib.

Trend-in məlumatına görə, bu barədə "Times of Israel" qəzeti xəbər verib.

Təl-Əvivdə 200 minə yaxın insan, eləcə də Qüds, Hayfa və Beer Şeva kimi şəhərlərdə on minlərlə insan aksiyaya çıxıb. Etiraz təşkilatçıları mitinqlərə ümumilikdə 630 mindən çox insanın qatıldığını bildirsələr də, qəzet qeyd edib ki, bu rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün deyil.

Aksiyalar zamanı xuliqanlıq etdiyinə görə onlarla insan saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti