...

Finlandiya NATO-ya üzv oldu

Dünya xəbərləri Materials 4 Aprel 2023 17:33 (UTC +04:00)

Bakı. Trend:

NATO ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri çərşənbə axşamı ABŞ-yə Finlandiyanın alyansa qəbuluna dair sənədləri təqdim edib və bu vaxtdan etibarən Finlandiya blokun 31-ci üzvü olub.

Trend çərşənbə axşamı xəbər verir ki, sənədlərin ötürülməsi barədə NATO-nun mətbuat xidməti yayımlayıb.

"Artıq Finlandiyanın NATO-nun 31-ci üzvü olduğunu bəyan edə bilərəm", - ABŞ dövlət katibi Entoni Blinken mərasimdə deyib.

NATO baş katibi Yens Stoltenberq ittifaq ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə "Finlandiyanın NATO-ya üzv olmasının İttifaqın 74-cü ildönümündə ən yaxşı hədiyyə olduğunu" bildirib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto daha əvvəl ölkənin NATO-ya daxil olması haqqında sənədi imzalamışdı. Bu barədə "Yle" teleradioşirkəti deyib.

Finlandiyanın xarici siyasət idarəsinin rəhbəri sənədin imzalanma anını tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, Türkiyə nümayəndələri də Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası haqqında sənədi ABŞ dövlət katibi Entoni Blinkenə təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti