Bakı. Trend:
ABŞ-ın Florida ştatı sahillərində kiçik təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə polisə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarə hava limanından havaya qalxdıqdan dərhal sonra Meksika körfəzinə düşüb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində biri pilot olmaqla 4 nəfərin cəsədi aşkar edilib.
Təyyarənin qalıqları təxminən 7 m dərinlikdə aşkar edilib.
Qəzanın səbəbi araşdırılır.