...

Berluskoninin həkimi onun vəziyyətindən danışıb

Dünya xəbərləri Materials 9 Aprel 2023 05:50 (UTC +04:00)
Berluskoninin həkimi onun vəziyyətindən danışıb

Bakı. Trend:

Səksən altı yaşlı Silvio Berluskoni müalicəyə yaxşı reaksiya verir, lakin onun səhhəti ilə bağlı vəziyyət hələ də ağır olaraq qalır.

Trend-in məlumatına görə, bunu İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin həkimi, Milanın “San Raffaele” xəstəxanasının rəhbəri Alberto Zangrillo xəstəxanaya yerləşdirilən siyasətçinin vəziyyəti barədə danışarkən bildirib.

Zangrillo qeyd edib ki, siyasətçi xroniki miyelomonositar leykemiya xəstəliyi ilə yanaşı, ağciyər infeksiyası da keçirib. Həkim həmçinin bildirib ki, Berluskonidə kəskin leykozun irəliləyən əlamətləri yoxdur.

Qeyd edək ki, Berluskoni aprelin 5-də pnevmoniya səbəbindən “San Raffaele” xəstəxanasında reanimasiyaya yerləşdirilib.

Son 30 ildə Berluskoni bir neçə cərrahiyyə əməliyyatı keçirib. 2016-cı ildə o, kifayət qədər mürəkkəb ürək əməliyyatı olmuşdu. 2020-ci ilin sentyabrında isə ağır koronavirus infeksiyasına yoluxmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti