...

Böyük Britaniyanın baş naziri Baydenlə görüşəcək

Dünya xəbərləri Materials 9 Aprel 2023 08:31 (UTC +04:00)
Böyük Britaniyanın baş naziri Baydenlə görüşəcək

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Rişi Sunak aprelin 11-də Belfastda ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti bildirib.

Məlumata əsasən, C.Baydenin səfəri Şimali İrlandiyada illərlə davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin imzalanmasının 25-ci ildönümünə həsr olunur.

Baş nazir qeyd edib ki, Böyük Britaniya hökuməti Şimali İrlandiyada həyat səviyyəsinin yaxşılaşdırılması üçün çalışmaq və regionun iqtisadi artımına töhfə vermək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti