...

İran hicabsız qadınları “ağıllı kameralar” izləyəcək

Dünya xəbərləri Materials 9 Aprel 2023 10:49 (UTC +04:00)

Bakı. Trend:

İranda hicabsız qadınları müəyyən etmək üçün ictimai yerlərdə və küçələrdə "ağıllı kameralar" quraşdırılır.

Trend xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyinə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, bu tədbir “vətəndaşlar arasında gərginlik və münaqişənin” və "hicabla bağlı qanununa müqavimətin" qarşısını almaq məqsədi daşıyır.

“Reuters” agentliyinin məlumatına əsasən, qanunu pozanlara xəbərdarlıq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti