...

Tramp bu həftə Nyu Yorkda məhkəmədə ifadə verəcək

Dünya xəbərləri Materials 11 Aprel 2023 04:50 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın sabiq prezidenti Donald Tramp ona qarşı daha bir iş üzrə ifadə vermək üçün bu həftə Nyu-Yorka qayıdacaq.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı çoxsaylı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, D.Tramp növbəti məhkəmə prosesində iştirak etmək üçün Nyu-Yorka qayıdacaq. Bu dəfə Nyu York Baş prokuroru Letisia Ceymsin qaldırdığı mülki iddia üzrə prosesdə iştirak edəcək.

Sabiq prezident ona, övladlarına və "Trump Organization" təşkilatına qarşı açılan iddia üzrə ifadə verməlidir. Baş prokuror D.Tramp və onun üç övladını kommersiya fırıldaqlarında ittiham edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti