...

"Tessala" gəmisi aprelin 16-da Türkiyəyə çatacaq

Dünya xəbərləri Materials 12 Aprel 2023 14:50 (UTC +04:00)
"Tessala" gəmisi aprelin 16-da Türkiyəyə çatacaq

Bakı. Trend:

Əlcəzairin Arzew limanından yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi "Tessala"nın aprelin 16-da Türkiyəyə çatması gözlənilir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə təbii qaz anbarlarını dolu saxlamaq, təchizat təhlükəsizliyini gücləndirmək və enerji sahəsində mərkəzi ölkə mövqeyini gücləndirmək üçün LNG alışlarını davam etdirir.

Ümumi tutumu 171 min 800 kubmetr olan gəminin aprelin 16-da Hatay Dörtyoldakı FSRU (Üzən LNG Saxlama və Qazlaşdırma Ünitesi) limanına çıxması planlaşdırılır.

Qeyd edək ki, Əlcəzair bayraqlı gəmi 2016-cı ildə tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti