...

Paşinyana çətir atan qadına ittiham elan olunub

Dünya xəbərləri Materials 14 Aprel 2023 20:54 (UTC +04:00)
Paşinyana çətir atan qadına ittiham elan olunub

Bakı. Trend:

Ermənistan Baş naziri Nikol Paşinyana çətir atan qadına ittiham elan olunub.

Trend xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan ölkə mediasına müsahibəsində bildirib.

Abrahamyan qeyd edib ki, 47 yaşlı Narine Asatryan Cinayət Məcəlləsinin “Vəzifəli şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə və ya siyasi fəaliyyətinə müdaxilə” maddəsi ilə ittiham olunur.

Müvafiq qabaqlayıcı tədbir olaraq onun ölkədən kənara çıxmasına qadağa qoyulub.

Xatırladaq ki, Narine Asatryan Nikol Paşinyanın Vayotsdzor vilayətinə səfəri zamanı ona çətir atıb.

Polisin hadisə ilə bağlı verdiyi açıqlamaya görə, 47 yaşlı qadın Paşinyana qarşı zorakılıq tətbiq etməyə çalışıb. Qadın saxlanılıb, sonra sərbəst buraxılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti