...

Almaniya COVID-19 peyvəndlərinin yaratdığı ağır fəsadlara görə təzminat ödəyəcək

Dünya xəbərləri Materials 15 Aprel 2023 12:47 (UTC +04:00)
Almaniya COVID-19 peyvəndlərinin yaratdığı ağır fəsadlara görə təzminat ödəyəcək

Bakı. Trend:

Almaniyada koronavirusa qarşı peyvəndlərin yaratdığı ağır fəsadlara görə məhkəməyə müraciət edən 301 nəfərə hər ay ömürlük təzminat ödənilməyə başlanıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Covid-19 peyvəndlərinin yan təsirləri səbəbiylə indiyədək 301 təzminat müraciətinin təsdiqləndiyi Almaniyada müraciətləri qəbul edilən şəxslərə ömür boyu 164-854 avro arasında ödəniş ediləcək. Zərurət yaranarsa, bu şəxslərin müalicə xərcləri də dövlət tərəfindən qarşılana bilər.

Almaniyada peyvənd və dərmanları təsdiqləyən səlahiyyətli qurum olan Paul Ehrlich İnstitutunun (PEI) peyvənd fəsadları siyahısındakı simptomlara görə, Covid-19 peyvəndlərinə ürək xəstəlikləri, qan laxtaları, üz iflici, Guillain-Barre sindromu adlı əzələ xəstəliyi daxildir. Eşitmə pozğunluğu və qulaq problemləri tinnitus kimi narahatlığa səbəb olur.

Covid-19 peyvəndlərinin yaratdığı ağır yan təsirlərin qurbanı olduqlarını iddia edən 185 nəfər peyvənd istehsalçılarına qarşı məhkəmələrə müraciət edib. İşlərdən birincisinə aprelin 28-də Frankfurt Rayon Məhkəməsində baxılacağı gözlənilir.

Peyvənd istehsalçısı Biontech tərəfindən mövzu ilə bağlı edilən şərhdə, Biontech peyvəndinin araşdırılan hallarda sağlamlıq problemləri ilə əlaqəsinin sübuta yetirilmədiyini və "Biz peyvənd istehsalçısı olaraq məsuliyyətimizi çox ciddi qəbul edirik" sözlərini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti