...

Berluskoni reanimasiyadan adi palataya köçürülüb

Dünya xəbərləri Materials 17 Aprel 2023 01:05 (UTC +04:00)
Berluskoni reanimasiyadan adi palataya köçürülüb

Bakı. Trend:

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni reanimasiyadan adi palataya köçürülüb.

Trend xəbər verir ki, bu barədə keçmiş baş nazirin qardaşı Paolo Berluskoni "Corriere della Sera" qəzetinə bildirib.

"Hər şey yaxşıdır, o, daha intensiv terapiya şöbəsində deyil", - deyə P.Berluskoni bildirib.

Eyni zamanda xəstəxana bu məlumatı şərh etməkdən imtina edərək bazar ertəsi 86 yaşlı S.Berluskoninin vəziyyəti ilə bağlı daha bir bülleten dərc edəcəklərini bildirib.

İtaliyanın infrastruktur və nəqliyyat naziri Matteo Salvini sosial şəbəkəsində "Uğurlar, Silvio, dostum" yazaraq, paylaşıma keçmiş baş nazirin vəziyyəti ilə bağlı "Corriere della Sera" qəzetinin xəbərini əlavə edib.

Qeyd edək ki, S.Berluskoni aprelin 5-də leykoz və ağciyər infeksiyası ilə Milanın "San Raffaele" xəstəxanasına yerləşdirilib. Onun müalicə kursuna yaxşı cavab verdiyi bildirilir. Keçmiş baş nazir orada kimyaterapiya kursuna da başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti