...

Avropa Mərkəzi Bankının rəhbəri ABŞ və Çin arasında rəqabətin qaçılmaz olduğunu hesab edir

Dünya xəbərləri Materials 16 Aprel 2023 23:43 (UTC +04:00)
Avropa Mərkəzi Bankının rəhbəri ABŞ və Çin arasında rəqabətin qaçılmaz olduğunu hesab edir

Bakı. Trend:

Vaşinqtonla Pekin arasında rəqabət qaçılmazdır, lakin iqtisadi sahədə ölkələrin ayrılmasından bütün vasitələrlə çəkinmək lazımdır, çünki bu, dünyada inkişafa mənfi təsir göstərəcək.

Trend xəbər verir ki, bunu "CBS" telekanalının efirində Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard deyib.

"Aydındır ki, bu böyük iqtisadiyyatlar arasında rəqabət var. ABŞ dünyanın birinci iqtisadiyyatıdır. Çin açıq şəkildə rəqabət aparır və bunun üçün hər cür səy göstərir", - deyə K.Laqard bildirib.

O rəqabətin sağlam olduğunu hüsab etdiyini qeyd edib. "Rəqabət innovasiyaları stimullaşdırmalıdır. Rəqabət məhsuldarlığı stimullaşdırmalıdır. Amma bu iki böyük iqtisadiyyatın bir-biri ilə toqquşması qaçılmazdır. Mən həqiqətən ümid edirəm ki, onlar dialoq apara bilərlər, çünki bildiyiniz kimi, bütün bu cür əlaqələr, istər ticarət, istər siyasət, istər iqtisadi inkişaf, istər maliyyə sabitliyi olsun, hamısı ikitərəfli xarakter daşıyır", - deyə Avropa Mərkəzi Bankının rəhbəri bildirib.

Ölkələri ABŞ və Çin arasında seçim etməyə məcbur etmək üçün artan siyasi təzyiqin nəticəsinin nə olacağı ilə bağlı suala cavabında K.Laqard bildirib: "Bu, miqyası bəlli olmayan iqtisadi tənəzzülə səbəb olacaq.Bir sıra proqnozlar var, hamısı mənfidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti