...

Terrorçuların bütün mövqeləri atəşə tutulub – Hulusi Akar

Dünya xəbərləri Materials 17 Aprel 2023 16:47 (UTC +04:00)
Terrorçuların bütün mövqeləri atəşə tutulub – Hulusi Akar

Bakı. Trend:

Suriyanın şimalında yerləşən “Zeytin Dalı” və “Fırat Kalkanı” bölgələrində PKK terror təşkilatının bütün mövqeləri Mehmetçik tərəfindən atəşə tutulub və terror təşkilatının 10 üzvü zərərsizləşdirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, anti-terror əməliyyatı nəticəsində dörd Mehmetçik yaralanıb.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti