...

Ərdoğan Putinin "Akkuyu" AES-ə yanacaq çatdırılması mərasimində iştirakını açıqlayıb

Dünya xəbərləri Materials 19 Aprel 2023 03:29 (UTC +04:00)
Ərdoğan Putinin "Akkuyu" AES-ə yanacaq çatdırılması mərasimində iştirakını açıqlayıb

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin aprelin 27-də videobağlantı vasitəsilə "Akkuyu" AES-ə nüvə yanacağının çatdırılması mərasimində iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə "TRT" televiziya kanalına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Aprelin 27-də "Akkuyu" AES-ə nüvə yanacağının təhvil verilməsi mərasimi keçiriləcək. Yanacağın çatdırılmasından sonra bu obyekt nüvə statusu alacaq. Mərasimdə Rusiya prezidenti Vladimir Putin də videobağlantı vasitəsilə iştirak edəcək", - deyə Türkiyə prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti