...

Almaniyadakı aksiyalar səbəbi ilə hava limanlarındakı uçuşlar təxirə salınıb

Dünya xəbərləri Materials 20 Aprel 2023 15:18 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın dörd hava limanında təhlükəsizlik işçilərinin 48 saatlıq protestoları uçuşları təxirə salıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, təhlükəsizlik işçilərinin protestosuna səbəb, əməkhaqlarının artırılmaması olub.

Protestolar 700 təyyarənin reysinin ləğv olunması ilə, 100 min sərnişinin isə səfərinin dayandırılması ilə nəticələnib.

Qeyd edək ki, Almaniya hava limanlarında kadr çatışmazlığı olduğuna görə, ölkə keçən ilin iyun ayında Türkiyədən işçi tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti