...

Britaniyanın keçmiş baş naziri Trass Hindistanda çıxış etdiyi üçün təxminən 82 min dollar alıb

Dünya xəbərləri Materials 23 Aprel 2023 06:05 (UTC +04:00)
Britaniyanın keçmiş baş naziri Trass Hindistanda çıxış etdiyi üçün təxminən 82 min dollar alıb

Bakı. Trend:

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass Hindistanın Mumbay şəhərində keçirilən konfransdakı çıxışına görə 65 751,62 funt sterlinq (təxminən 82,000 dollar) qazanıb.

Trend xəbər verir ki, bu barədə "The Mirror" qəzeti məlumat yayıb.

Məlumata əsasən, bu ilin fevral ayında Böyük Britaniyanın keçmiş baş naziri Hindistanın ABP Networks media konqlomeratı tərəfindən Mumbayda keçirilən tədbirdə çıxış edib. O, tamaşaçılara "şəhərin enerjisi və həyəcanından heyrətləndiyini" söyləyib.

"Azadlığa inanan bir ölkə olaraq... önümüzdəki bir neçə ildə həyati əhəmiyyət kəsb edəcəksiniz", - deyə L.Trass çıxışında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti