Bakı. Trend:
İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdə avtomobilin piyadaların üzərinə sürülməsini terror aktı adlandırıb.
Trend xəbər verir ki, bu barədə B.Netanyahunun mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bu gün Qüdsün mərkəzində avtomobil piyadaların üzərinə sürülüb. Hadisə nəticəsində 5 piyada xəsarət alıb. Sürücü hadisə yerində zərərsizləşdirilib.