...

Misir XİN Sudanda diplomatının ölümünü təsdiqləyib

Dünya xəbərləri Materials 25 Aprel 2023 06:44 (UTC +04:00)
Misir XİN Sudanda diplomatının ölümünü təsdiqləyib

Bakı. Trend:

Misir Xarici İşlər Nazirliyi Xartumdakı diplomatik nümayəndəliyinin əməkdaşının öldüyünü açıqlayıb.

Trend xəbər verir ki, bununla bağlı açıqlama Misir XİN-in "Facebook"dakı rəsmi səhifəsində yerləşdirilib.

Bildirilib ki, səfirliyin attaşesinin inzibati məsələlər üzrə köməkçisi öldürülüb. Diplomat "Misir vətəndaşlarının Sudanda təxliyəsi prosedurlarına nəzarət etmək üçün evindən səfirlik binasına" gedərkən öldürülüb.

Şənbə günü Misirin Xartumdakı səfiri Hani Salah hərbi attaşenin köməkçisi avtomobilə hücum nəticəsində həlak olması ilə bağlı Sudan ordusunun xəbərlərini təkzib etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti