...

İngiltərədə Kral III Çarlzın tacqoyma mərasiminə etiraz aksiyası keçiriləcək

Dünya xəbərləri Materials 25 Aprel 2023 18:57 (UTC +04:00)
İngiltərədə Kral III Çarlzın tacqoyma mərasiminə etiraz aksiyası keçiriləcək

Bakı. Trend:

İngiltərədə anti-monarxiyaçılar, Kral III Çarlzın mayın 6-da keçiriləcək tacqoyma mərasiminə etiraz etməyə hazırlaşır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, İngiltərənin rəy araşdırma şirkəti Angus Reid 2 min 103 kanadalı arasında monarxiya və kral ailəsi ilə bağlı sorğu keçirib.

Məlumata əsasən, sorğuda iştirak edənlərin 63 faizi Kral III Çarlz adına and içməyə, pulların əskinazların üstündə onun şəklinin olmasına etiraz edib.

Qeyd edək ki, Kral III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı tarixi Westminster Abbey kilsəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti