...

Türkiyədə Akit Media Qrupunun binasında yanğın baş verib (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 27 Aprel 2023 19:53 (UTC +04:00)
Türkiyədə Akit Media Qrupunun binasında yanğın baş verib (FOTO/VİDEO)

Bakı. Trend:

Akit Media Qrupunun İstanbulun Küçükçekmece rayonunda yerləşən binasında yanğın baş verib.

Trend Türkiyə KİV-lərinə istinadən bildirir ki, "Yeni Akit" qəzetinin və televiziyasının da yerləşdiyi 11 mərtəbəli binanın böyük hissəsini alovlar bürüyüb.

Yanğın saat 16.00 radələrində binanın zirzəmisində başlayıb. Xalça emalatxanası kimi istifadə edilən hissə tüstülənib. İçəridə olan işçilər öz imkanları ilə çölə çıxıb. Dərhal xilasetmə və sağlamlıq qruplarına məlumat verilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Xəbər lenti

Xəbər lenti