...

Alyaskada ABŞ HHQ-yə məxsus iki helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 28 Aprel 2023 06:11 (UTC +04:00)
Alyaskada ABŞ HHQ-yə məxsus iki helikopter qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-ın Alyaska ştatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Elmendorf-Riçardson Birgə Bazasının nümayəndəsinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, iki "AH-64 Apache" helikopteri Xili yaşayış məntəqəsi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil. "AP"nin məlumatına görə, helikopterlər Fort-Ueynrayt Hərbi Hava Qüvvələri bazasında yerləşirdi.

Qəzanın səbəbi araşdırılır. Hadisə yerində xilasedicilər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti