...

Türkiyə nüvə enerjisinə malik ölkə olacaq - Rusiya prezidenti

Dünya xəbərləri Materials 28 Aprel 2023 09:54 (UTC +04:00)
Türkiyə nüvə enerjisinə malik ölkə olacaq - Rusiya prezidenti

Bakı. Trend:

Türkiyə öz nüvə sənayesini yaradaraq artıq dünyanın ən sərfəli resurslarından biri olan nüvə enerjisinə malik ölkə olacaq,

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasimi ilə bağlı qatıldığı videokonfransda bildirib.

Prezident onu da qeyd edib ki, Türkiyə-Rusiya tarixinin ən böyük ortaq layihələrindən biri olan Akkuyu AES iki ölkə arasında qonşuluq münasibətlərini daha da gücləndirəcək.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti