Bakı. Trend:
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Telefon danışığı zamanı tərəflər Sudan Respublikasında baş verən son hadisələri müzakirə edərək, hərbi əməliyyatların və zorakılığın dayandırılmasının vacibliyini vurğulayıblar. Tərəflər Səudiyyə Ərəbistanı-ABŞ təşəbbüsünün inkişafını nəzərdən keçiriblər, bu təşəbbüsə əsasən münaqişə tərəflərinə Ciddə şəhərində danışıqlar platforması təqdim edilib", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, ABŞ-Səudiyyə Ərəbistanı vasitəçiliyi "regional gərginliyi azaltmaq və Sudanda təhlükəsizlik və sabitliyi təmin etmək üçün lazım olan dialoq üçün zəmin hazırlayacaq".