...

Braziliya məhkəməsi polisə "Google" və "Telegram" ofislərinin rəhbərlərini yoxlamağı tapşırıb

Dünya xəbərləri Materials 13 May 2023 03:45 (UTC +04:00)
Braziliya məhkəməsi polisə "Google" və "Telegram" ofislərinin rəhbərlərini yoxlamağı tapşırıb

Bakı. Trend:

Braziliyanın Federal Ali Məhkəməsi dərc edilən məzmuna görə internet platformalarının məsuliyyətinin artırılmasına dair qanun layihəsinin "Google" və "Telegram"da istifadəçilər tərəfindən tənqidi paylaşımlarının görünməsindən sonra polisə bu platformaların ofislərinin rəhbərlərini yoxlamağı tapşırıb.

Trend xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata əsasən, polisin araşdırma aparması üçün 60 gün vaxtı var.

Braziliya müxalifəti qanun layihəsini sosialist hökumətinin "feyk" xəbərlərlə mübarizə adı altında söz azadlığını məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti