Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.
Trend xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Məlumata əsasən, Vaşinqton Rusiya Federasiyası üzrə sanksiyalar siyahısına 46 fiziki şəxsi və 200-ə yaxın hüquqi şəxsi əlavə edib.
Eyni zamanda, ABŞ "Otkritiye" bankının direktorlar şurasının üzvü kimi sanksiya siyahısında olan IBS-in təsisçisi Anatoli Karaçinskiyə qarşı sanksiyaları ləğv edib.