Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayeni dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə irəli sürüb.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, C.O'Brayen "miqyaslı və uğurlu sanksiyalar proqramına rəhbərlik edib və Avropada sülh danışıqları, elmi və ekoloji sazişlər, Rusiya və Ukraynada postsovet islahatları və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxsləri araşdırmaq və təqib etmək təşəbbüsləri və bir sıra məsələlər üzrə məsləhətçi kimi çıxış edib".
Yeni vəzifəsində C.O'Brayenin namizədliyi indi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir. Belə olan halda, Amerikanın xarici siyasət idarəsində o, xüsusən də Rusiya ilə münasibətlərlə bağlı məsələlərə nəzarət edəcək.