...

Prezident seçkilərinin ikinci turu ilə bağlı mövqeyimizi sabah açıqlayacağıq - Sinan Oğan

Dünya xəbərləri Materials 22 May 2023 00:31 (UTC +04:00)
Prezident seçkilərinin ikinci turu ilə bağlı mövqeyimizi sabah açıqlayacağıq - Sinan Oğan

Bakı. Trend:

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı mövqeyimizi sabah açıqlayacağıq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin “Ata Alyansı”nın prezident namizədi Sinan Oğan bildirib.

“Seçkilərin ikinci turu ilə bağlı mövqeyimizi sabah saat 17:00-da mətbuat konfransında açıqlayacağıq” - deyə o qeyd edib.

Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti