...

Bayden dövlət borcu ilə bağlı Makkarti ilə görüşə optimistik yanaşır

Dünya xəbərləri Materials 23 May 2023 04:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (Kaliforniya ştatından respublikaçı - red.) ilə dövlət borcunun tavanının artırılması ilə bağlı görüşün mümkün nəticəsinə optimistik yanaşdığını açıqlaylıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

"Biz optimistik yanaşırıq və müəyyən irəliləyiş əldə edə bilərik", - deyə C.Bayden bildirib. O əlavə edib ki, defoltun elan edilməsini problemin həlli hesab etmir.

Nümayəndələr Palatasının spikeri də öz növbəsində qeyd edib ki, o, daha əvvəl C.Baydenlə “çox məhsuldar söhbət” edib. K.Makkarti etiraf etdi ki, onunla prezident arasında "anlaşılmazlıqlar var", lakin hər ikisi "trayektoriyanın dəyişdirilməsinin zəruriliyi, həmçinin ABŞ-ın borcunun çox yüksək olması" barədə razılığa gəliblər. “Son nəticədə biz ümumi dil tapa biləcəyik”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti