...

Florida qubernatoru ABŞ-da prezident seçkilərində iştirakını mayın 24-də elan edəcək

Dünya xəbərləri Materials 24 May 2023 04:51 (UTC +04:00)
Florida qubernatoru ABŞ-da prezident seçkilərində iştirakını mayın 24-də elan edəcək

Bakı. Trend:

Florida ştatı qubernatoru Ron Desantis mayın 24-də ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayacaq.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı R.Desantisin nümayəndəsinə istinadən bildirib.

Qeyd olunub ki, iştirakın elan edilməsi mayın 24-də "Twitter"də canlı yayımda R.Desantisin İlon Mask ilə söhbəti zamanı gözlənilir.

R.Desantis Respublikaçılar Partiyasını təmsil edir və keçmiş prezident Donald Trampla prezidentliyə namizədlik uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti