...

Pentaqon ABŞ və Çexiya arasında müdafiə sazişinin imzalandığını açıqlayıb

Dünya xəbərləri Materials 24 May 2023 08:03 (UTC +04:00)
Pentaqon ABŞ və Çexiya arasında müdafiə sazişinin imzalandığını açıqlayıb

Bakı. Trend:

Vaşinqtonda ABŞ və Çexiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb (DCA, Defence Cooperation Agreement).

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

"ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Çexiyanın müdafiə naziri Yana Çernoxova ilə görüşüb. Liderlər ikitərəfli əlaqələri müzakirə etdilər və müdafiə sahəsində əlaqələrimizin gücləndirilməsini davam etdirmək, NATO əməliyyatlarını gücləndirmək, transatlantik təhlükəsizliyi inkişaf etdirmək, ümumi maraqlarımızı və dəyərlərimizi qorumaq üçün müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar", - deyə sənəddə bildirilib.

Y.Çernoxova Çex Televiziyasına bildirib ki, bu saziş Amerika əsgərlərinin yerləşdirilməsinə və ya Çexiya ərazisində hərbi baza yaradılmasına dair razılaşma deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti