...

Liviya Türkiyəyə neft-qaz sektorunda əməkdaşlıq təklif edib

Dünya xəbərləri Materials 26 May 2023 14:51 (UTC +04:00)
Liviya Türkiyəyə neft-qaz sektorunda əməkdaşlıq təklif edib

Bakı. Trend:

Liviyanın iqtisadiyyat və ticarət naziri Məhəmməd əl-Huveyc nazirliyin Tripolidəki kampusunda Türkiyə-Liviya İş Adamları Şurasının nümayəndə heyəti ilə görüş keçirib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Liviya Milli Birlik Hökuməti və ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər neft-qaz sektorunda investisiya layihələrini və Liviya Milli Neft Şirkətinin nəzarəti altında neft məhsulları emalı zavodlarının yaradılması məsələlərini müzakirə edib.

Bundan əlavə, Liviya Səhiyyə Nazirliyinə dəstək və iki ölkənin səhiyyə sahəsindəki özəl sektorları arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Tripolidə ortaq xəstəxananın yaradılmasına qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti