...

Türkiyə Kosovaya hərbi kontingent göndərir

Dünya xəbərləri Materials 3 İyun 2023 14:10 (UTC +04:00)
Türkiyə Kosovaya hərbi kontingent göndərir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə BMT, NATO, Aİ və ATƏT missiyaları və ikitərəfli əlaqələr çərçivəsində regional və qlobal sülh və sabitliyə töhfə verməkdə davam edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Kosovoda baş verən hadisələrdən sonra daha əvvəl NATO Kosovo Qüvvələrinə (KFOR) təyin edilmiş 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza (Kırklareli) bağlı komando batalyonu NATO Birgə Qüvvələr Komandanlığının (İtaliya) tələbinə əsasən təyin edilib. Təyin olunan batalyon 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır", - deyə məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti