...

Böyük Britaniyanın müdafiə naziri NATO-nun yeni baş katibi vəzifəsinə təyin oluna bilər

Dünya xəbərləri Materials 5 İyun 2023 08:38 (UTC +04:00)
Böyük Britaniyanın müdafiə naziri NATO-nun yeni baş katibi vəzifəsinə təyin oluna bilər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ prezidenti Co Baydeni Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO baş katibi vəzifəsinə təyin edilməsini dəstəkləməyə yönəltməyə çalışacaq.

Trend-in məlumatına görə, bu barədə "The Sun" qəzeti xəbər verib.

Bildirilib ki, baş nazir ABŞ prezidenti ilə bu həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar zamanı kampaniyanı gücləndirəcək.

Qeyd olunub ki, Ben Uolles alyansın yeni rəhbəri seçilərsə, bu, tarixi hadisə olacaq, çünki o, son iyirmi ildən artıq müddətdə bu vəzifəni tutan ilk britaniyalı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti