Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Rişi Sunak çərşənbə günü ABŞ-a səfər edəcək.
Trend xəbər verir ki, səfər çərçivəsində R.Sunak ABŞ Prezidenti Co Bayden və konqresmenlərlə iki ölkə arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə etməyi planlaşdırır.
Bildirilir ki, tərəflər sənaye və təchizat zəncirlərinin mümkün təhlükələrdən qorunması sahəsində əməkdaşlığı intensivləşdirmək niyyətindədirlər.
Qeyd olunur ki, Böyük Britaniya və ABŞ arasında mövcud olan güclü əlaqələr onları müasir çağırışlarla birgə mübarizə aparmaq üçün ideal tərəfdaşlar edir.