Bakı. Trend:
NATO-ya üzv ölkələri hazırda Ukraynanın NATO-ya daxil olması ilə bağlı konsensus əldə edə bilməyiblər.
Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin müavini Mirça Coane deyib.
O qeyd edib ki, hazırda NATO daxilində bu məsələ ilə bağlı konsensus yoxdur.
M.Coane əlavə edib ki, Ukrayna hazırda NATO və Qərb demokratiyalarına əvvəlkindən daha çox yaxınlaşır.