Bakı. Trend:
Türkiyə bir sıra ölkələrə yeni səfir təyin edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan müvafiq qərar verib.
Qərara əsasən, Tanju Bilgiç Rusiyaya, Rauf Denktaş Polşaya, Mustafa Levent Bilgen isə Ukraynaya səfir təyin edilib.
Qeyd edək ki, Tanju Bilgiç daha öncə Türkiyə XİN sözçüsü olub.