...

Bayden Si Cinpinlə görüş keçirəcəyinə ümid edir - Ağ Ev

Dünya xəbərləri Materials 19 İyun 2023 21:20 (UTC +04:00)
Bayden Si Cinpinlə görüş keçirəcəyinə ümid edir - Ağ Ev

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirəcəyinə ümid edir.

Trend xəbər verir ki, bunu brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

Onun sözlərinə görə, mümkün görüşün tarixi barədə məlumat yoxdur.

"Sizə deyəcək dəqiq bir şeyim yoxdur. Prezident bunu etmək niyyətindədir. Konkret bir şey, görüşün tarixi barədə məlumat yoxdur", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti