...

Türkiyə ilə İsveç arasında əməkdaşlıq üzvlükdən sonra da davam edəcək - NATO

Dünya xəbərləri Materials 11 İyul 2023 14:14 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə ilə İsveç arasında əməkdaşlıq üzvlükdən sonra da davam edəcək.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Vilnüs sammitindən əvvəl jurnalistlərə açıqlaması zamanı deyib.

"Türkiyə ilə İsveçin son bir ildə terrorla mübarizədə əməkdaşlığı artıb və İsveç üzv olduqdan sonra əməkdaşlıq davam edəcək. İsveçin tamhüquqlu üzvlüyünə yol hazırladıq. Türkiyəyə İsveçin qoşulma protokolunu ratifikasiyasına konstruktiv yanaşmalarına görə təşəkkürümü bildirirəm", - deyə Stoltenberq bildirib.

NATO baş katibi Sammitin digər mühüm məsələlərindən birinin də Ukraynanın üzvlük məsələsi olduğunu vurğulayıb.

"Ukraynaya çoxillik dəstək paketi təklif etmişik. NATO, Ukrayna Şurasını quraraq siyasi əlaqələri gücləndirəcək. Siyasi tələblərlə yanaşı, hərbi mövzuları da ehtiva edən fəaliyyət planını hazırlamışıq. Bu qeyd olunanlar Ukraynanın üzvlüyünü sürətləndirir",- deyə baş katib əlavə edib.

Qeyd edək ki, Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti