Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Amerikanın "F-16" qırıcılarının Türkiyəyə satışı ilə bağlı razılşmanın başa çataca biləcəyinə əmin olduğunu deyib.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
"Əminəm ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə davam edəcək və əminəm ki, biz [Ankaraya] F-16-ları sata biləcəyik", - deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl Türkiyə ABŞ-dan 40 ədəd "F-16 Block 70" qırıcıları, eləcə də artıq Türkiyədə olan qırıcılar üçün 80 ədəd Block 70 təkmilləşdirmə dəsti almağına dair sorğu göndərmişdi.