Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden Qərbin Ukraynaya dəstəyinin heç zaman zəifləməyəcəyini hesab edir.
Trend-in məlumatına görə, o, müvafiq bəyanatı Vilnüsdə NATO Sammitində səsləndirib.
ABŞ Prezidentinin sözlərinə görə, ölkəsi Ukraynanın indi və gələcəkdə özünü müdafiə edə bilməsini təmin etmək üçün 50-dən çox ölkədən ibarət koalisiya yaradıb: “Bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək. Biz bu gün, sabah və nə qədər lazımdırsa, azadlığı və müstəqilliyi müdafiə edəcəyik", - deyə Co Bayden vurğulayıb.