...

Təhlükəsiz Avropa olmadan ABŞ-ın çiçəklənməsi mümkün deyil - Co Bayden

Dünya xəbərləri Materials 13 İyul 2023 07:38 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden iddia edir ki, Birləşmiş Ştatlar təhlükəsiz Avropa olmadan inkişaf edə bilməz.

Trend-in məlumatına görə, ABŞ Prezidenti bu barədə Vilnüsdə Qərbin Kiyevə dəstəyinə həsr olunmuş çıxışında bildirib.

“Son illər ərzində biz transatlantik tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, qlobal sabitliyin lövbəri olan Avropa ilə ABŞ arasında münasibətlərin vacibliyini sübut etdik. ABŞ-ın təhlükəsiz Avropa olmadan çiçəklənə biləcəyi ideyası əsassızdır”, - deyə Co Bayden söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti NATO sammitində iştirak etmək və bu çərçivədə ikitərəfli və çoxtərəfli görüşlər keçirmək üçün Vilnüsdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti